AgroHub

Dünya bazarı konyukturası — Oktyabr 2025

Oktyabr 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin oktyabr ayında orta hesabla 126.4 bənd təşkil edib ki, bu da sentyabr ayı ilə müqayisədə 1.7% (2.2 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 0.4% (0.5 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi oktyabr ayında orta hesabla 103.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.3 bənd), ötən ilin oktyabr ayı ilə müqayisədə isə 9.5% (10.8 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton 2024/2025-ci məhsul ili ilə müqayisədə məcmi təklifin həcminin 18 milyon ton (1.7%) artaraq 1090 milyon ton səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2024/2025-ci məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 3.8% artacağı və 271 milyon tona qalxacağı gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 2025/2026- cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 64 milyon tondan 62 milyon tona azalaraq 2 milyon ton az, istehsal həcminin isə 388 milyon tondan 420 milyon tona artaraq 32 milyon ton çox olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2024/2025-ci məhsul ili ilə müqayisədə 452 milyon tondan 482 milyon tona artaraq 30 milyon ton çox olacaq.
  • Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.3% (7 milyon ton) artaraq 217 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 5.2% (7 milyon ton) azalaraq 128 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2025/2026-cı məhsul ilində istehsal həcminin 3.0% (4.2 milyon ton) artaraq 143.0 milyon ton, ixracın isə 1.1% (0.8 milyon ton) azalaraq 70.8 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. ➢ 2025-ci ilin oktyabr ayında buğdanın qiyməti əvvəlki aya nəzərən 0.1% artaraq 209 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
  • Son 1 il ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton 2022-2024-cü illər, 2024-cü ilin dörd və 2025-ci ilin bir, iki və üçüncü rübü ərzində buğdanın ABŞ bazarında qiyməti, ABŞ dolları/ton ➢ Rusiya buğdasının ixrac qiyməti oktyabr ayında əvvəlki aya nisbətən sabit qalaraq 230 ABŞ dolları/ton təşkil edib.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Oktyabr 2025 · AgroHub