AgroHub

Dünya bazarı konyukturası — Sentyabr 2025

Sentyabr 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin sentyabr ayında orta hesabla 128.6 bənd təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 1.1% (1.4 bənd) az, ötən ilin sentyabr ayı ilə müqayisədə isə 3.2% (4.0 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə məcmu təklifin həcminin 18 ton (1.7%) artaraq 1090 milyon ton səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2024/2025-ci məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 3.8% artacağı və 271 milyon tona qalxacağı gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 2024/2025- ci məhsul ili ilə müqayisədə 64 milyon tondan 62 milyon tona azalaraq 2 milyon ton az, istehsal həcminin isə 388 milyon tondan 420 milyon tona artaraq 32 milyon ton çox olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2024/2025-ci məhsul ili ilə müqayisədə 452 milyon tondan 482 milyon tona artaraq 30 milyon ton çox olacaq.
  • Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.3% (7 milyon ton) artaraq 217 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 5.2% (7 milyon ton) azalaraq 128 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2025/2026-cı məhsul ilində istehsal həcminin 3.0% (4.2 milyon ton) artaraq 143.0 milyon ton, ixracın isə 1.1% (0.8 milyon ton) azalaraq 70.8 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qara dəniz ölkələri qrupu üzrə icmal Qara dəniz ölkələri qrupu üzrə ixrac Bu qrupda əsas istehsalçılar Rusiya, Ukrayna və Qazaxıstandır. ➢ 2025-ci ilin sentyabr ayında buğdanın qiyməti əvvəlki aya nəzərən 3.5% artaraq 207 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
  • Son 1 il ərzində buğdanın dünya birjalarında qiyməti, ABŞ dolları/ton 2022-2024-cü illər, 2024-cü ilin dörd və 2025-ci ilin bir, iki və üçüncü rübü ərzində buğdanın ABŞ bazarında qiyməti, ABŞ dolları/ton ➢ Rusiya buğdasının ixrac qiyməti sentyabr ayında əvvəlki aya nisbətən 3.8% azalaraq 230 ABŞ dolları/ton təşkil edib.
  • Son 1 il ərzində Rusiya buğdasının ixrac qiyməti, ABŞ dolları/ton 2022-2024-cü illər, 2024-cü ilin dörd və 2025-ci ilin bir, iki və üçüncü rübü ərzində buğdanın Rusiya bazarında qiyməti, ABŞ dolları/ton ➢ 2025-ci ilin sentyabr ayında Avropa İttifaqı arpasının qiyməti əvvəlki ayla müqayisədə sabit qalaraq 222 ABŞ dolları/ton, Qara dəniz arpasının qiyməti isə 1.3% artaraq 226 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Sentyabr 2025 · AgroHub