AgroHub

Dünya bazarı konyukturası — İyul 2025

İyul 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin iyul ayında orta hesabla 130.1 bənd təşkil edib ki, bu da iyun ayı ilə müqayisədə 1.6% (2.1 bənd) çox, ötən ilin iyul ayı ilə müqayisədə isə 7.6% (9.2 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 127.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.0% (1.3 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 6.0% (7.3 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi iyul ayında orta hesabla 155.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.6% (0.9 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 21.5% (27.5 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi iyul ayında orta hesabla 106.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (0.9 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 3.8% (4.2 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi iyul ayında orta hesabla 166.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 7.1% (11.1 bənd), ötən ilin iyul ayı ilə müqayisədə isə 23.6% (31.8 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton 2024/2025-ci məhsul ili ilə müqayisədə məcmu təklifin həcminin dəyişməyəcəyi və 1070 milyon ton səviyyəsində qalacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2024/2025-ci məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 1.1% azalacağı və 260 milyon tona düşəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 1 milyon ton artaraq 64 milyon ton, istehsal həcminin isə 2024/2025-ci məhsul ili ilə müqayisədə 10 milyon ton çox (397 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 11 milyon ton çox (461 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.4% artaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2025/2026-cı məhsul ili ilə müqayisədə 7 milyon ton azalaraq 128 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — İyul 2025 · AgroHub