Dünya bazarı konyukturası — İyun 2025
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin iyun ayında orta hesabla 128.0 bənd təşkil edib ki, bu da may ayı ilə müqayisədə 0.3% (0.3 bənd) çox, ötən ilin iyun ayı ilə müqayisədə isə 6% (7.0 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 126.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.1% (1.4 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 6.7% (7.9 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi iyun ayında orta hesabla 154.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.6% (0.9 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 20.7% (26.5 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi iyun ayında orta hesabla 107.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.5% (1.6 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 6.8% (7.8 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi iyun ayında orta hesabla 155.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.3% (3.5 bənd), ötən ilin iyun ayı ilə müqayisədə isə 18.2% (23.9 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2024/2025-ci məhsul ili ilə müqayisədə 4 milyon ton artaraq 1073 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2024/2025-ci məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 0.8% azalacağı və 262 milyon tona düşəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 2 milyon ton artaraq 65 milyon ton, istehsal həcminin isə 2024/2025-ci məhsul ili ilə müqayisədə 10 milyon ton çox (397 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 12 milyon ton çox (462 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.9% artaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2025/2026-cı məhsul ili ilə müqayisədə 7 milyon ton azalaraq 128 milyon ton olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.