Dünya bazarı konyukturası — May 2025
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin may ayında orta hesabla 127.7 bənd təşkil edib ki, bu da aprel ayı ilə müqayisədə 0.5% (0.6 bənd) az, ötən ilin may ayı ilə müqayisədə isə 6% (7.2 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 124.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.5% (3.0 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 6.8% (7.9 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi may ayında orta hesabla 153.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.9% (1.3 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 21.5% (27.2 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi may ayında orta hesabla 109.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.9% (2.1 bənd), ötən ilin may ayı ilə müqayisədə isə 8.2% (9.7 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi may ayında orta hesabla 152.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.7% (5.8 bənd) azdır, ötən ilin may ayı ilə müqayisədə isə 19.1% (24.4 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2024/2025-cü məhsul ili ilə müqayisədə 4 milyon ton artaraq 1073 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2024/2025-cü məhsul ili ilə də müqayisədə 2025/2026-ci məhsul ilində 0.4% azalacağı və 263 milyon tona düşəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 1 milyon ton artaraq 64 milyon ton, istehsal həcminin isə 2024/2025-cü məhsul ili ilə müqayisədə 9 milyon ton çox (396 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 10 milyon ton çox (460 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2025/2026-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.9% artaraq 214 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2025/2026-cü məhsul ili ilə müqayisədə 7 milyon ton azalaraq 128 milyon ton olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.