Dünya bazarı konyukturası — Aprel 2025
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin aprel ayında orta hesabla 128.3 bənd təşkil edib ki, bu da mart ayı ilə müqayisədə 0.96% (1.2 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 7.6% (9.0 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 121.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.2% (3.7 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 4.3% (5.0 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 152.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.4% (3.5 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 22.9% (28.4 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 111.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.3 bənd) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 0.5% (0.5 bənd) azdır.
- Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 158.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.3% (3.7 bənd) azdır, ötən ilin aprel ayı ilə müqayisədə isə 20.7% (27.1 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2024/2025-cü məhsul ili ilə müqayisədə 5 milyon ton artaraq 1074 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2024/2025-cü məhsul ili ilə də müqayisədə 2025/2026-ci məhsul ilində 0.4% artacağı və 266 milyon tona qalxacağı gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 3 milyon ton artaraq 66 milyon ton, istehsal həcminin isə 2024/2025-cü məhsul ili ilə müqayisədə 9 milyon ton çox (396 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 12 milyon ton çox (462 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2025/2026-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 3.4% artaraq 213 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2025/2026-cü məhsul ili ilə müqayisədə 8 milyon ton azalaraq 127 milyon ton olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.