AgroHub

Dünya bazarı konyukturası — Mart 2025

Mart 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin mart ayında orta hesabla 127.1 bənd təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 0.2% (8.2 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 6.9% (8.2 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 118.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.9% (1.0 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 2.7% (3.1 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 148.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə dəyişməmiş, ötən ilin mart ayı ilə müqayisədə isə 19.9% (24.6 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 109.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.6% (2.9 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 1.1% (1.2 bənd) azdır.
  • Bitki Yağlarının Qiymət İndeksi mart ayında orta hesabla 161.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 3.7% (5.8 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 23.9% (31.2 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.1% azalaraq 1066 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.1% azalacağı və 261 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 4 milyon ton azalaraq 63 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə dəyişməz olaraq (386 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 4 milyon ton az (449 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 6.8% azalaraq 207 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Mart 2025 · AgroHub