Dünya bazarı konyukturası — Fevral 2025
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin fevral ayında orta hesabla 127.1 bənd təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1.6% (9.7 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 8.2% (9.7 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 118.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.1% (0.1 bənd) az, ötən ilin fevral ayı ilə müqayisədə isə 4.8% (5.4 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 148.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 4.0% (5.7 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 23.2% (28.0 bənd) çoxdur.
- Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 112.6 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.7% (0.8 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 1.1% (1.2 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə dəyişməz olaraq 1067 milyon ton olacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.7% azalacağı və 260 milyon tona enəcəyi gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə dəyişməz olaraq (386 milyon ton) olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 5 milyon ton az (448 milyon ton) olacaq.
- Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.9% azalaraq 208 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 1.6% azalaraq 138.8 milyon ton, ixracın isə 13.9% azalaraq 72.8 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.