AgroHub

Dünya bazarı konyukturası — Yanvar 2025

Yanvar 2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2025-ci ilin yanvar ayında orta hesabla 124.9 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 1.7% (2.1 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 6.2% (7.3 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 117.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.4% (1.7 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 8.1% (8.9 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 142.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 2.4% (3.3 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 20.4% (24.3 bənd) çoxdur.
  • Taxıl Qiyməti İndeksi yanvar ayında orta hesabla 111.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.3 bənd) çox , ötən ilin yanvar ayı ilə müqayisədə isə 6.9% (8.2 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 1061 milyon ton olacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.4% azalacağı və 258 milyon tona enəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.8% azalaraq (383 milyon ton) olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 8 milyon ton az (445 milyon ton) olacaq.
  • Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.7% azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.0% azalaraq 138.2 milyon ton, ixracın isə 13.4% azalaraq 73.3 milyon ton olacağı proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Yanvar 2025 · AgroHub