AgroHub

Dünya bazarı konyukturası — Aprel 2026

Aprel 2026Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2026-ci ilin aprel ayında orta hesabla 131.0 bənd təşkil edib ki, bu da ayı ilə müqayisədə 1.8% (2.3 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 2.2% (2.8 bənd) çoxdur.
  • Ət Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 130.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.9% (2.4 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 1.2% (1.5 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi aprel ayında orta hesabla 119.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.5 bənd) çox, ötən ilin aprel ayı ilə müqayisədə isə 21.1% (32.0 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi aprel ayında orta hesabla 111.3 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.8% (0.9 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 0.4% (0.4 bənd) çoxdur.
  • Bitki Yağlarının Qiymət İndeksi aprel ayında orta hesabla 193.9 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 5.9% (10.8 bənd), ötən ilin aprel ayı ilə müqayisədə isə 22.7% (35.9 bənd) çoxdur.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcminin 2026/2027-ci məhsul ilində 2025/2026-ci məhsul ili ilə müqayisədə 5 milyon ton (3.2%) azalaraq 1098 milyon ton səviyyəsinə düşəcəyi proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2026/2027-ci məhsul ilində 2025/2026-cı məhsul ili ilə müqayisədə 1.4% azalacağı və 275 milyon tona düşəcəyi gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 33% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq 2026/2027-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 60 milyon tondan 77 milyon tona artaraq 17 milyon ton çox, istehsal həcminin isə 437 milyon tondan 388 milyon tona azalaraq 49 milyon ton az olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2025/2026-cı məhsul ili ilə müqayisədə cari məhsul ilində 497 milyon tondan 465 milyon tona azalaraq 32 milyon ton az olacaq.
  • Dünya buğda ticarətinin 2026/2027-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.7% (12 milyon ton) artaraq 222 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2026/2027-ci məhsul ilində 3.9% (5 milyon ton) azalaraq 123 milyon ton olacağı gözlənilir.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.