Dünya bazarı konyukturası — Mart 2026
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2026-ci ilin mart ayında orta hesabla 128.7 bənd təşkil edib ki, bu da ayı ilə müqayisədə 2.5% (3.2 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 1.2% (1.5 bənd) çoxdur.
- Ət Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 128.0 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.2% (1.5 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 8.2% (9.7 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi mart ayında orta hesabla 121.2 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.5% (1.8 bənd) çox, ötən ilin mart ayı ilə müqayisədə isə 18.5% (27.5 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi mart ayında orta hesabla 110.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.6% (1.7 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 0.6% (0.7 bənd) çoxdur.
- Bitki Yağlarının Qiymət İndeksi mart ayında orta hesabla 183.1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 5.1% (8.9 bənd), ötən ilin mart ayı ilə müqayisədə isə 13.2% (21.3 bənd) çoxdur.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 34 milyon ton (3.2%) artaraq 1103 milyon ton səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 9.3% artacağı və 283 milyon tona qalxacağı gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 35% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 64 milyon tondan 61 milyon tona azalaraq 3 milyon ton az, istehsal həcminin isə 387 milyon tondan 437 milyon tona artaraq 50 milyon ton çox olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2024/2025-ci məhsul ili ilə müqayisədə cari məhsul ilində 451 milyon tondan 498 milyon tona artaraq 47 milyon ton çox olacaq.
- Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.7% (12 milyon ton) artaraq 222 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 5.2% (7 milyon ton) azalaraq 128 milyon ton olacağı gözlənilir.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.