AgroHub

Dünya bazarı konyukturası — Fevral 2026

Fevral 2026Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Qlobal Ərzaq Qiyməti İndeksi 2026-ci ilin fevral ayında orta hesabla 125.5 bənd təşkil edib ki, bu da ayı ilə müqayisədə 1.1% (1.4 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 0.9% (1.1 bənd) azdır.
  • Ət Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 126.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.3% (1.6 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 8.3% (9.6 bənd) çoxdur.
  • Süd Məhsullarının Qiymət İndeksi fevral ayında orta hesabla 119.4 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.1% (1.3 bənd), ötən ilin fevral ayı ilə müqayisədə isə 19.2% (28.3 bənd) azdır.
  • Taxıl Qiyməti İndeksi fevral ayında orta hesabla 108.7 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1.6% (1.2 bənd) çox, ötən ilin fevral ayı ilə müqayisədə isə 3.5% (4.3 bənd) azdır.
  • Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 33 milyon ton (3.1%) artaraq 1102 milyon ton səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
  • Qlobal buğda ehtiyatları həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 6.5% artacağı və 277 milyon tona qalxacağı gözlənilir.
  • Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
  • Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 64 milyon tondan 61 milyon tona azalaraq 3 milyon ton az, istehsal həcminin isə 388 milyon tondan 435 milyon tona artaraq 47 milyon ton çox olacağı gözlənilir.
  • Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2024/2025-ci məhsul ili ilə müqayisədə cari məhsul ilində 452 milyon tondan 496 milyon tona artaraq 44 milyon ton çox olacaq.
  • Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.7% (12 milyon ton) artaraq 222 milyon ton olacağı proqnozlaşdırılır.
  • Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 5.2% (7 milyon ton) azalaraq 128 milyon ton olacağı gözlənilir.
  • Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2025/2026-cı məhsul ilində istehsal həcminin 6.0% (8.4 milyon ton) artaraq 147.3 milyon ton, ixracın isə 1.8% (1.3 milyon ton) azalaraq 70.3 milyon ton olacağı proqnozlaşdırılır.

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Dünya bazarı konyukturası — Fevral 2026 · AgroHub