Dünya bazarı konyukturası — Yanvar 2026
Əsas faktlar
- Qlobal Ərzaq Qiyməti İndeksi 2026-ci ilin yanvar ayında orta hesabla 123.9 bənd təşkil edib ki, bu da 2025-ci il dekabr ayı ilə müqayisədə 0.3% (0.4 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 0.6% (0.8 bənd) azdır.
- Ət Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 123.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.3% (0.4 bənd) az, ötən ilin yanvar ayı ilə müqayisədə isə 6.1% (7.1 bənd) çoxdur.
- Süd Məhsullarının Qiymət İndeksi yanvar ayında orta hesabla 121.8 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 5.0% (6.4 bənd), ötən ilin yanvar ayı ilə müqayisədə isə 14.9% (21.3 bənd) azdır.
- Taxıl Qiyməti İndeksi yanvar ayında orta hesabla 107.5 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 0.2% (0.2 bənd) çox, ötən ilin yanvar ayı ilə müqayisədə isə 3.9% (4.3 bənd) azdır.
- Dünya üzrə buğda bazarının tələb-təklif balansı, milyon ton Məcmu təklifin həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 33 milyon ton (3.1%) artaraq 1102 milyon ton səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
- Qlobal buğda ehtiyatları həcminin 2025/2026-cı məhsul ilində 2024/2025-ci məhsul ili ilə müqayisədə 6.9% artacağı və 278 milyon tona qalxacağı gözlənilir.
- Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 34% səviyyəsində olacaq.
- Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 64 milyon tondan 61 milyon tona azalaraq 3 milyon ton az, istehsal həcminin isə 388 milyon tondan 434 milyon tona artaraq 46 milyon ton çox olacağı gözlənilir.
- Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 2024/2025-ci məhsul ili ilə müqayisədə cari məhsul ilində 452 milyon tondan 495 milyon tona artaraq 43 milyon ton çox olacaq.
- Dünya buğda ticarətinin 2025/2026-cı məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 5.7% (12 milyon ton) artaraq 222 milyon ton olacağı proqnozlaşdırılır.
- Çində ilin əvvəlinə olan qalıq həcminin əvvəlki məhsul ili ilə müqayisədə 2025/2026-cı məhsul ilində 5.2% (7 milyon ton) azalaraq 128 milyon ton olacağı gözlənilir.
- Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2025/2026-cı məhsul ilində istehsal həcminin 5.1% (7.1 milyon ton) artaraq 146.0 milyon ton, ixracın isə 1.5% (1.1 milyon ton) azalaraq 70.5 milyon ton olacağı proqnozlaşdırılır.
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.