AgroHub

Azərbaycanda badam istehsalı: arayış

2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin məlumatlarına əsasən Azərbaycanda badam bağlarının ümumi sahəsi 3.7 min hektar olub.
  • Mövcud bağların 2.0 min hektarı və ya 55.0%-i bar verən yaşdadır (Qrafik 1).
  • 2023-cü ildə badam istehsalı 2019-cu ilə nisbətən 4.6 dəfə artıb, 2022-ci ilə nisbətən isə 20.3% azalaraq 4.2 min ton olub (Qrafik 3).
  • 2023-cü ildə badam istehsalının 44.6%-i Qax rayonunun, 29.4%-i Abşeronun, 4.4%-i Naxçıvan Muxtar Respublikasının, 3.8%-i Ağsu rayonunun, 2.4%-i isə Siyəzən rayonunun payına düşüb (Qrafik 4).
  • 2023-cü ildə badamın məhsuldarlığı 2019-cu ilə nisbətən 30.8% artıb, 2022-ci ilə nisbətən isə 33.8% azalaraq 20.8 sent/ha olub (Qrafik 5).
  • 2023-cü ildə badamın məhsuldarlıq göstəricisi Qax və Ağsu rayonunda ölkə üzrə orta göstəricidən yüksəkdir (Qrafik 6).
  • 2023-cü ildə ölkəyə qabıqlı badam idxalı 2022-ci ilə nisbətən 2.3 dəfə azalaraq 6.6 ton, qabığı təmizlənmiş badam idxalı isə 2.1% azalaraq 710.5 ton olub (Cədvəl 2).
  • Azərbaycana qabıqlı badam əsasən Özbəkistandan (76.2%) idxal olunub.
  • Qabığı təmizlənmiş badam isə ABŞ-dan (91.0%) və Avstraliyadan (4.3%) həyata keçirilib.
  • Azərbaycandan 2023-cü ildə 729.0 ton qabıqlı badam ixracı olmuşdur.

İllik ixrac və idxal

İdxal — Qabığı təmizlənmiş badamın idxal həcmi — Qabıqlı badam
201678,3 t212,5 min $
2017178 t411,8 min $
201848,4 t141,3 min $
201961,3 t201,7 min $
202013,7 t105,4 min $
202131,7 t188,6 min $
202215,5 t105,7 min $
20236,6 t48,7 min $
İdxal — Qabığı təmizlənmiş badamın idxal həcmi — Qabığı təmizlənmiş badam
2016341 t1,6 mln $
2017354 t1,9 mln $
2018583 t3,4 mln $
2019640 t4,3 mln $
2020641 t3,7 mln $
2021520 t2,8 mln $
2022726 t4,0 mln $
2023711 t3,8 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Azərbaycanda badam istehsalı: arayış · AgroHub