Azərbaycanda püstə istehsalı: arayış
Əsas faktlar
- 2023-cü ilin məlumatına əsasən Azərbaycanda püstə bağlarının sahəsi 112.6 hektar olub.
- Püstə bağlarının sahəsi 2019-cu ilə nisbətən 4.8% azalıb, 2022-ci ilə nisbətən isə 0.1% artıb.
- Mövcud bağların 9.9 hektarı və ya 8.8%-i barverən yaşdadır (Qrafik 1).
- Cəmi püstə bağlarının 88.8%-i intensiv, 11.2%-i isə ənənəvi bağlardır (Qrafik 2). cəmi püstə bağları barverən yaşda olan bağlar 2023-cü ildə cəmi püstə bağlarının 88.8%-i Naxçıvan Muxtar Respublikasının, 5.9%-i Bakı şəhərinin, 2.2%-i Sabirabad rayonunun və 1.6%-i Zərdab rayonunun payına düşüb.
- 2023- cü il ərzində yeni püstə bağı salınmamışdır (Cədvəl 1).
- 2023-cü ildə püstə istehsalı 2019-cü ilə nisbətən 5.7% artıb, 2022-ci ilə nisbətən isə 1.1% azalaraq 27.7 ton olub (Qrafik 3).
- 2023-cü ildə cəmi püstə istehsalının 84.5%-i Bakı şəhərinin, 10.1%-i isə Zərdab, 2.9%-i Şabran rayonunun payına düşüb (Qrafik 4).
- 2023-cü ildə püstənin məhsuldarlığı 2019-cu ilə nisbətən 8.2%, 2022-ci ilə nisbətən isə 2.1% azalaraq 28.0 sent/ha olub (Qrafik 5).
- Püstənin əsas istehsalçısı olan Şabran rayonunda və Bakı şəhərində məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub (Qrafik 6).
- 2023-cü ildə Azərbaycana qabıqlı püstə idxalı əvvəlki ilə nisbətən 36.8%, qabığı təmizlənmiş püstə idxalı isə 10.8% artıb.
İllik ixrac və idxal
İdxal — Püstənin idxal həcmi — Qabıqlı püstə
| 2017 | 255 t | 878,5 min $ |
| 2018 | 143 t | 671,6 min $ |
| 2019 | 101 t | 712,5 min $ |
| 2020 | 85,6 t | 621,4 min $ |
| 2021 | 201 t | 1,3 mln $ |
| 2022 | 168 t | 1,2 mln $ |
| 2023 | 229 t | 1,8 mln $ |
İdxal — Püstənin idxal həcmi — Qabığı təmizlənmiş püstə
| 2017 | 2,2 t | 50,0 min $ |
| 2018 | 8,1 t | 66,5 min $ |
| 2019 | 2,5 t | 34,8 min $ |
| 2020 | 6,9 t | 53,2 min $ |
| 2021 | 13,7 t | 116,8 min $ |
| 2022 | 24,7 t | 296,7 min $ |
| 2023 | 27,4 t | 430,2 min $ |
İdxal — Qabıqlı püstə idxalının ölkələr üzrə bölgüsü
| 2020 | 85,6 t | 621,4 min $ |
| 2021 | 201 t | 1,3 mln $ |
| 2022 | 168 t | 1,2 mln $ |
| 2023 | 229 t | 1,8 mln $ |
Ölkələr üzrə
| Ölkə | İstiqamət | İl | Həcm | Dəyər |
|---|---|---|---|---|
| İran | İdxal | 2020 | 68,1 t | 495,5 min $ |
| İran | İdxal | 2021 | 170 t | 1,1 mln $ |
| İran | İdxal | 2022 | 138 t | 994,3 min $ |
| İran | İdxal | 2023 | 140 t | 1,0 mln $ |
| Türkiyə | İdxal | 2020 | 17,5 t | 125,9 min $ |
| Türkiyə | İdxal | 2021 | 27,8 t | 185,0 min $ |
| Türkiyə | İdxal | 2022 | 27,9 t | 182,4 min $ |
| Türkiyə | İdxal | 2023 | 56,7 t | 478,4 min $ |
| Digər | İdxal | 2020 | – | – |
| Digər | İdxal | 2021 | 3,6 t | 28,9 min $ |
| Digər | İdxal | 2022 | 2,1 t | 18,4 min $ |
| Digər | İdxal | 2023 | 32,7 t | 291,6 min $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.