AgroHub

Azərbaycanda şabalıd istehsalı: arayış

2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin məlumatına əsasən Azərbaycanda şabalıd bağlarının sahəsi 269.6 hektar olub.
  • Şabalıd bağlarının əkin sahəsi 2019-cu ilə nisbətən 10.8%, 2022-ci ilə nisbətən isə 2.0% azalıb.
  • Mövcud bağların 217.2 hektarı və ya 80.6%-i barverən yaşdadır (Qrafik 1).
  • 2023-cü ildə cəmi şabalıd bağlarının 82.8%-i ənənəvi, 17.2%-i isə intensiv bağlardır (Qrafik 2).
  • Cəmi şabalıd bağları Barverən yaşda şabalıd bağları 2023-cü ildə cəmi şabalıd bağlarının 95.0%-i Qəbələ (44.6%), Zaqatala (26.4%), Oğuz (13.0%), Balakən (6.1%) və Qax (4.8%) olmaqla 5 rayonun payına düşüb (Cədvəl 1).
  • 2023-cü ildə şabalıd istehsalı 2019-cu ilə nisbətən 0.9%, 2022-ci ilə nisbətən isə 7.8% azalaraq 588.1 ton olub (Qrafik 3).
  • 2023-cü ildə istehsal olunan şabalıdın 25.4%-i Zaqatala, 23.6%-i Qəbələ, 21.4%-i Oğuz, 11.2%-i Balakən, 8.2%-i isə Qax rayonunda olmaqla, ümumilikdə 89.7%-i Şəki-Zaqatala iqtisadi rayonunun payına düşüb (Qrafik 4).
  • Şabalıdın məhsuldarlığı 2023-ci ildə 26.8 sent/ha olub.
  • Məhsuldarlıq səviyyəsi 2019-cu ilə nisbətən 24.1%, 2022-ci ilə nisbətən isə 5.1% artıb (Qrafik 5).
  • 2023-cü ildə Oğuz, Qax və Balakən rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub (Qrafik 6).

İllik ixrac və idxal

İdxal — Qabıqlı və qabığı təmizlənmiş şabalıdın idxal həcmi — Qabıqlı şabalıd
2015479 t257,4 min $
2016185 t262,6 min $
2017220 t393,8 min $
2018523 t980,6 min $
2019608 t1,1 mln $
2020600 t1,0 mln $
2021766 t1,4 mln $
20221 069 t2,1 mln $
20231 006 t2,0 mln $
İdxal — Qabıqlı və qabığı təmizlənmiş şabalıdın idxal həcmi — Qabığı təmizlənmiş şabalıd
201549,0 t24,5 min $
201688,0 t211,6 min $
201739,7 t93,9 min $
201943,0 t113,6 min $
2020195 t544,1 min $
2021180 t503,0 min $
2022238 t844,7 min $
İdxal — Qabıqlı şabalıd idxalının ölkələr üzrə bölgüsü
2020600 t1,0 mln $
2021766 t1,4 mln $
20221 069 t2,1 mln $
20231 006 t2,0 mln $

Ölkələr üzrə

ÖlkəİstiqamətİlHəcmDəyər
Çinİdxal2020473 t870,3 min $
Çinİdxal2021198 t396,1 min $
Çinİdxal2022688 t1,4 mln $
Çinİdxal2023595 t1,2 mln $
Gürcüstanİdxal2020127 t152,2 min $
Gürcüstanİdxal2021439 t752,1 min $
Gürcüstanİdxal2022290 t556,7 min $
Gürcüstanİdxal2023408 t810,4 min $
Türkiyəİdxal2020––
Türkiyəİdxal2021130 t263,3 min $
Türkiyəİdxal202291,1 t183,8 min $
Türkiyəİdxal20233,7 t24,9 min $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Azərbaycanda şabalıd istehsalı: arayış · AgroHub