AgroHub

Azərbaycanda nar istehsalı: arayış

2025Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2024-cü ilin məlumatına əsasən Azərbaycanda nar bağlarının sahəsi 23,3 min hektar olmuşdur.
  • Mövcud nar bağlarının 21,7 min hektarı və ya 93,1%-i barverən yaşdadır (Qrafik 1).
  • 2024-cü ildə cəmi nar bağlarının 79,8%-i ənənəvi, 20,2%-i isə intensiv bağlar təşkil etmişdir.
  • İntensiv bağların sahəsi əvvəlki illə müqayisədə 3,2% bəndi artmışdır (Qrafik 2).
  • 2024-cü ildə cəmi nar bağlarının 14,6%-i Göyçay, 14,6%-i Kürdəmir, 9,4%-i Ağsu, 8,1%-i Ucar və 6,0%-i Saatlı olmaqla, ümumilikdə 52,7%-i 5 rayonun payına düşüb (Cədvəl 1).
  • Cəmi bağlar Barverən yaşda olan bağlar 2024-cü ildə nar istehsalı 2019-cu ilə nisbətən 6,4%, 2023-cü ilə nisbətən isə 1,1% artaraq 192,7 min ton olub (Qrafik 3).
  • 2024-cü ildə nar istehsalının 57,1%-i 5 rayonun payına düşüb.
  • 2024-cü ildə narın məhsuldarlığı 2019-cu ilə nisbətən 3,5%, 2023-cü ilə nisbətən isə 0,7% artaraq 88,6 sent/ha olub (Qrafik 5).
  • Goranboy rayonlarında 2024-cü ildə məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olmuşdur (Qrafik 6).
  • 2020-2024-cü illər ərzində “Göyçay” narının 1 kiloqramının topdan satış qiyməti 0,75-3,97 AZN, “Kürdəmir” narının isə 0,59-2,71 AZN arasında dəyişib (Qrafik 7,8).

İllik ixrac və idxal

İdxal — Narın idxal və ixrac həcmi
2015202 t86,7 min $
2016127 t120,1 min $
20178,5 t6,7 min $
20185,1 t4,1 min $
201930,5 t21,9 min $
202023,1 t48,3 min $
202152,7 t76,1 min $
202231,3 t51,1 min $
2023140 t181,0 min $
202426,8 t53,0 min $
İxrac — Narın idxal və ixrac həcmi
20155 818 t8,6 mln $
20167 361 t9,9 mln $
20176 703 t9,5 mln $
20189 258 t12,1 mln $
201917,5 min t18,9 mln $
202019,4 min t24,1 mln $
202121,7 min t29,3 mln $
202223,3 min t31,6 mln $
202328,6 min t30,6 mln $
202433,9 min t29,8 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Azərbaycanda nar istehsalı: arayış · AgroHub