AgroHub

Azərbaycanda əncir istehsalı: arayış

2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2023-cü ilin məlumatına əsasən Azərbaycanda əncir bağlarının əkin sahəsi 1.98 min hektar olub.
  • 2023-cü ildə əncir bağlarının sahəsi 2019-cu ilə nisbətən isə 0.8%, 2022-ci ilə nisbətən isə 0.3% artıb.
  • Ümumi əncir bağlarının 1.92 min hektarı və ya 97.0%-i barverən yaşdadır (Qrafik 1).
  • Cəmi əncir bağları Bar verən yaşda əncir bağları 2023-cü ildə əncir istehsalı 2019-cu ilə nisbətən 1.3%, 2022-ci ilə nisbətən isə 3.4% azalaraq 11.9 min ton olub (Qrafik 2).
  • 2023-cü ildə əncir istehsalının 45.0%-i Ucar (6.0%), Bakı şəhəri (5.6%), Bərdə (5.6%), (3.4%) və Samux (3.3%) rayonlarının payına düşüb (Qrafik 3).
  • 2023-cü ildə əncirin məhsuldarlığı 2019-cu ilə nisbətən 3.1%, 2022-ci ilə nisbətən isə 3.0% azalaraq 61.9 sent/ha olub (Qrafik 4).
  • İmişli və Samux rayonlarında məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksəkdir (Qrafik 5).
  • 2019-2022-ci illər ərzində əncirin 1 kiloqramının topdan satış qiymətləri 0.40-1.61 AZN arasında dəyişib.
  • 2023-cü ildə orta satış qiyməti 1.75 AZN olub, həmin ilin oktyabr ayında isə öz maksimumuna – 2.80 AZN/kq-a çatıb (Qrafik 6).
  • 2023-cü ildə Azərbaycana qurudulmuş əncir idxalı 2022-ci ilə nisbətən 1.6 dəfə artaraq 121.6 ton olub (Cədvəl 2).

İllik ixrac və idxal

İdxal — Qurudulmuş əncirin idxal həcmi
2015113 t69,9 min $
201651,0 t80,2 min $
201776,0 t176,8 min $
2018114 t209,9 min $
201986,5 t296,3 min $
202054,1 t166,5 min $
202189,5 t344,8 min $
202278,0 t315,0 min $
2023122 t473,4 min $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Azərbaycanda əncir istehsalı: arayış · AgroHub