Azərbaycanda limon istehsalı: arayış
Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗
Əsas faktlar
- 2023-cü ilin məlumatına əsasən Azərbaycanda limon bağlarının ümumi sahəsi 696.3 hektar olub.
- Mövcud bağların 534.9 hektarı və ya 76.8%-i barverən yaşdadır (Qrafik 1).
- 2023-cü ildə cəmi limon bağlarının 52.6%-i Astara, 38.8%-i Lənkəran və 8.6%-i isə digər rayonların payına düşüb (Cədvəl 1). cəmi limon bağları bar verən yaşda limon bağları 2023-cü ildə Azərbaycanda limon istehsalı 2019-cu ilə nisbətən 27.6%, 2022-ci ilə nisbətən 9.5% artaraq 6.1 min ton olub (Qrafik 2).
- 2023-cü ildə limon istehsalının 55.5%-i Lənkəranın, 41.7%-i Astaranın, 1.7%-i payına düşüb (Qrafik 3).
- Limonun məhsuldarlığı 2023-cü ildə 115.0 sent/ha olub.
- 2023-cü ildə məhsuldarlıq səviyyəsi 2019-cu ilə nisbətən 17.2%, 2022-ci ilə nisbətən isə 4.5% artıb (Qrafik 4).
- 2023-cü ildə əsas istehsalçı rayon olan Lənkəranda məhsuldarlıq göstəricisi ölkə üzrə orta göstəricidən yüksək olub (Qrafik 5).
- 2020-2022-ci illər üzrə “Lənkəran” limonunun 1 ədədinin topdan satış qiymətləri 0.12-0.36 AZN, 2023-cü ildə isə 0.18-0.53 AZN arasında dəyişib (Qrafik 6).
- Belə ki, Azərbaycandan əhəmiyyətli həcmdə limon ixracı yalnız 2020-ci ildə olub ki, bu da təqribən 120 tona bərabər cüzi həcmdə bir göstəricidir (Cədvəl 2).
- Bunun müqabilində, hər il Azərbaycana orta hesabla 13 min ton limon idxal olunur.
İllik ixrac və idxal
İdxal — Limon idxalının ölkələr üzrə bölgüsü
| 2020 | 12,5 min t | 12,1 mln $ |
| 2021 | 16,9 min t | 13,9 mln $ |
| 2022 | 19,1 min t | 15,7 mln $ |
| 2023 | 20,3 min t | 16,8 mln $ |
Ölkələr üzrə
| Ölkə | İstiqamət | İl | Həcm | Dəyər |
|---|---|---|---|---|
| Türkiyə | İdxal | 2020 | 7 073 t | 5,3 mln $ |
| Türkiyə | İdxal | 2021 | 14,5 min t | 10,8 mln $ |
| Türkiyə | İdxal | 2022 | 16,4 min t | 12,3 mln $ |
| Türkiyə | İdxal | 2023 | 17,3 min t | 13,0 mln $ |
| CAR | İdxal | 2020 | 4 813 t | 6,0 mln $ |
| CAR | İdxal | 2021 | 2 356 t | 2,9 mln $ |
| CAR | İdxal | 2022 | 2 395 t | 3,0 mln $ |
| CAR | İdxal | 2023 | 2 852 t | 3,6 mln $ |
| Digər | İdxal | 2020 | 591 t | 741,4 min $ |
| Digər | İdxal | 2021 | 71,3 t | 117,9 min $ |
| Digər | İdxal | 2022 | 289 t | 379,7 min $ |
| Digər | İdxal | 2023 | 172 t | 261,8 min $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.