AgroHub

Azərbaycanda barama istehsalı: arayış

2024Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • Son 5 ildə ölkədə barama istehsalı 44.5% azalaraq 2023-cü ildə 357.0 ton olmuşdur.
  • Ötən illə müqayisədə isə barama istehsalı 4.6% artmışdır (Qrafik 1).
  • Barama istehsalı üzrə ən pik hədd (5.9 min ton) 1991-ci ildə olub.
  • 2023-cü ildə yarpaq üçün çəkil əkmələrinin ümumi sahəsi 2134.0 hektar təşkil edib.
  • Cəmi çəkil əkmələri sahələrinin 96.6%-i ənənəvi, 2.1%-i intensiv, 1.3%-i isə superintensiv üsulla əkilmişdir (Qrafik 2).
  • 2023-cü ildə ölkədən ixrac olunan “İpəkqurdunun baraması, açılmağa yararlı”nın hamısı Çinə, “Xam ipək (eşilməmiş)”in 90.6%-i İrana, 9.4%-i Türkiyəyə, “İpək tullantıları”nın hamısı Türkiyəyə, “İpək sapından və ya ipək tullantılarından parçalar”ın hamısı isə İrana ixrac olunmuşdur (Cədvəl 1).
  • Ölkəyə idxal edilən “İpək sap, pərakəndə satış üçün çəkilib bükülməmiş”in dəyər ifadəsində 63.0%-i Çinin, 37.0%-i Hindistanın, “İpək tullantılarından iplik, pərakəndə satış üçün çəkilib bükülməmiş”in 86.7%-i Çinin, 13.3%-i Türkiyənin, “İpək sap və ipək tullantılarından hazırlanan ipliy”in hamısı Türkiyənin, “İpək sapından və ya ipək tullantılarından parçalar”ın 30.7%-i Çinin, 19.6%-i İtaliyanın, 15.8%-i B.
  • Britaniyanın, 10.2%-i Hindistanın, 6.0%-i isə digər ölkələrin payına düşüb (Cədvəl 1).
  • FAO-nun məlumatına əsasən 2021-ci ildə isə 85.4 min ton xam ipək istehsal olunub.
  • 2022-ci ildə isə dünya üzrə barama istehsalı əvvəlki ilə nisbətən 4.6% azalaraq 414.8 min ton olmuşdur (Qrafik 3).

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Azərbaycanda barama istehsalı: arayış · AgroHub