Aylıq informasiya bülleteni — Dekabr 2019
Əsas faktlar
- 2019-cu ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.7% təşkil edib (Şəkil 2).
- 2019 yanvar-dekabr 2018 yanvar- dekabr 2019-cu ilin yanvar-dekabr aylarında şəkər çuğunduru və tütün istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2019-cu ilin yanvar-dekabr aylarında 760.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12.2 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin dekabr ayında almanın (“Simerenko”, “Palmet”), armudun (“Krasavitsa”, “Duşes”), narın, heyvanın, feyxoanın, mandarinin, soğanın, xiyarın, kələmin, sarımsağın, pomidorun (Zirə), çuğundurun, yerkökünün, bibərin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin dekabr ayında almanın, armudun, korolyokun, mandarinin, portağalın, feyxoanın, soğanın, sarımsağın, xiyarın, pomidorun (çəhrayı), kələmin, gül kələmin, yerkökünün və bibərin topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- 2019-cu ilin yanvar-dekabr ayları ərzində “Aqrolizinq” ASC-nin xəttilə 287 fiziki və hüquqi şəxs 580 kənd təsərrüfatı texnikasını lizinq yolu ilə əldə edib.
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–dekabr
| Məhsul | 2018 | |
|---|---|---|
| Kartof | 66,6 min t | 29,6 mln $ |
| Tərəvəz | 234,8 min t | 203,7 mln $ |
| Meyvə | 319,7 min t | 325,5 mln $ |
| Arpa | 42,8 min t | 7,7 mln $ |
| Tütün xammalı | 4 200 t | 12,7 mln $ |
| Pambıq mahlıcı | 52,5 min t | 79,5 mln $ |
| Gön-dəri | 5 700 t | 13,3 mln $ |
| məhsulları | – | 5,7 mln $ |
| Cəmi | – | 677,7 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.