AgroHub

Aylıq informasiya bülleteni — Noyabr 2019

Noyabr 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2019-cu ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.0% təşkil edib (Şəkil 2).
  • 2019 yanvar-noyabr 2018 yanvar- noyabr 2019-cu ilin yanvar-noyabr aylarında şəkər çuğunduru istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2019-cu il dekabr ayının 1-nə kimi təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1050,3 min hektar sahədə şum qaldırılıb.
  • Gələn ilin məhsulu üçün 835,8 min hektar sahədə dənlik payızlıqlar səpilib.
  • Əkinlərdən 525,6 min hektarını buğda, 309,9 min hektarını arpa, 0,3 min hektarını çovdar təşkil edir.
  • Ötən ilin noyabr ayı ilə müqayisədə buğdanın əkin sahəsi 9.0% az, arpanın əkin sahəsi isə 3.7% çoxdur.
  • 2019-cu ilin yanvar-noyabr aylarında 680.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 13.2 faiz artıb (Şəkil 3).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–noyabr

Məhsul2018
Kartof66,5 min t29,6 mln $
Tərəvəz215,9 min t186,2 mln $
Meyvə267,0 min t279,2 mln $
Arpa37,3 min t6,8 mln $
Tütün xammalı3 600 t11,0 mln $
Pambıq mahlıcı47,6 min t70,9 mln $
Gön-dəri5 000 t12,1 mln $
məhsulları–5,1 mln $
Cəmi–600,9 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Noyabr 2019 · AgroHub