Aylıq informasiya bülleteni — Oktyabr 2019
Əsas faktlar
- 2019-cu ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.2% təşkil edib (Şəkil 2).
- 2019-cu ilin yanvar-oktyabr aylarında şəkər çuğunduru istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2019-cu ilin yanvar-oktyabr aylarında 574.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 14.9 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin oktyabr ayında almanın, armudun, qozun, üzümün, kartofun, xiyarın, pomidorun, badımcanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin oktyabr ayında almanın (“Palmet”, “Simerenko”), armudun, fındığın, mandarinin, şabalıdın, üzümün, korolyokun, heyvanın, kartofun, soğanın (“Ağdam sarı”), pomidorun, xiyarın, lobyanın, sarımsağın və badımcanın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- 2019-cu ilin on ayı ərzində “Aqrolizinq” ASC-nin xəttilə 254 fiziki və hüquqi şəxs 522 kənd təsərrüfatı texnikasını lizinq yolu ilə əldə edib.
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–oktyabr
| Məhsul | 2018 | |
|---|---|---|
| Kartof | 66,5 min t | 29,6 mln $ |
| Tərəvəz | 195,3 min t | 169,7 mln $ |
| Meyvə | 181,3 min t | 206,1 mln $ |
| Arpa | 30,7 min t | 5,6 mln $ |
| Tütün xammalı | 2 900 t | 8,9 mln $ |
| Pambıq mahlıcı | 42,8 min t | 64,5 mln $ |
| Gön-dəri | 4 500 t | 11,0 mln $ |
| məhsulları | – | 4,5 mln $ |
| Cəmi | – | 499,9 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.