Aylıq informasiya bülleteni — Sentyabr 2019
Əsas faktlar
- 2019-cu ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.2% təşkil edib (Şəkil 2).
- 2019-cu ilin yanvar-sentyabr aylarında şəkər çuğunduru və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2019-cu ilin yanvar-sentyabr aylarında 501.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 16.3 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin sentyabr ayında almanın (“Qəndi sinab”), armudun (“Konfrans”), qozun, fındığın, üzümün, xiyarın, pomidorun, badımcanın, soğanın (“Ağdam sarı”) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin sentyabr ayında almanın (“Qəndi sinab”), armudun (“Krasavitsa”), zoğalın, qozun, fındığın, üzümün, kartofun, soğanın, xiyarın, kələmin (Gədəbəy) və badımcanın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- 2019-cu ilin doqquz ayı ərzində “Aqrolizinq” ASC-nin xəttilə 225 fiziki və ya hüquqi şəxs 483 kənd təsərrüfatı texnikasını lizinq yolu ilə əldə edib.
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–sentyabr
| Məhsul | 2018 | |
|---|---|---|
| Kartof | 66,5 min t | 29,6 mln $ |
| Tərəvəz | 177,0 min t | 158,5 mln $ |
| Meyvə | 123,4 min t | 154,4 mln $ |
| Arpa | 23,3 min t | 4,3 mln $ |
| Tütün xammalı | 2 300 t | 7,0 mln $ |
| Pambıq mahlıcı | 41,4 min t | 62,7 mln $ |
| Gön-dəri | 4 100 t | 10,2 mln $ |
| məhsulları | – | 4,2 mln $ |
| Cəmi | – | 431,0 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.