AgroHub

Aylıq informasiya bülleteni — Avqust 2019

Avqust 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2019-cu ilin yanvar-avqust aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.9% təşkil edib (Şəkil 2).
  • 2019-cu ilin yanvar-avqust aylarında şəkər çuğunduru və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2019-cu ilin yanvar-avqust aylarında 470.6 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 18.7 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. * Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin avqust ayında fındığın, şaftalının, yemişin, gavalının, moruğun, kartofun, lobyanın, xiyarın “Yelpənək” və “Melit” növlərinin, badımcanın, yaşıl bibərin və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin avqust ayında üzümün, armudun “Krasavitsa” növünün, moruğun, şaftalının, gavalının, qarpızın, yemişin, zoğalın, kartofun, soğanın, xiyarın, sarımsağın, lobyanın, badımcanın və kələmin topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • 2019-cu ilin səkkiz ayı ərzində “Aqrolizinq” ASC-nin xəttilə 197 fiziki və ya hüquqi şəxs 442 kənd təsərrüfatı texnikasını lizinq yolu ilə əldə edib.

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–avqust

Məhsul2018
Kartof66,5 min t29,6 mln $
Tərəvəz171,5 min t156,6 mln $
Meyvə103,0 min t129,6 mln $
Arpa16,1 min t3,0 mln $
Tütün xammalı2 100 t6,3 mln $
Pambıq mahlıcı38,0 min t57,7 mln $
Gön-dəri3 800 t9,6 mln $
məhsulları–4,0 mln $
Cəmi–396,5 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Avqust 2019 · AgroHub