AgroHub

Aylıq informasiya bülleteni — İyul 2019

İyul 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2019-cu ilin yanvar-iyul aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.8% təşkil edib (Şəkil 2).
  • 2019-cu ilin yanvar-iyul aylarında yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2019-cu ilin yanvar-iyul aylarında 448.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 22.5 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Digər heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, diri heyvanlar və ipək xammalının dəyəri daxildir.
  • Cari ilin iyul ayında “Ağ gilas”ın, portağalın, pomidorun, bibərin, lobyanın və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin iyul ayında çiyələyin, armudun, şaftalının, gilasın, üzümün, kartofun (Tovuz), soğanın (Ağdam sarı), pomidorun, xiyarın (Patron), kələmin topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • 2019-cu ilin yeddi ayı ərzində “Aqrolizinq” ASC-nin xəttilə 168 fiziki və ya hüquqi şəxs 414 kənd təsərrüfatı texnikasını lizinq yolu ilə əldə edib.

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyul

Məhsul2018
Kartof66,5 min t29,6 mln $
Tərəvəz166,6 min t155,5 mln $
Meyvə89,3 min t116,2 mln $
Arpa10,1 min t1,9 mln $
Tütün xammalı1 800 t5,6 mln $
Pambıq mahlıcı29,6 min t45,2 mln $
Gön-dəri3 100 t7,9 mln $
məhsulları–3,9 mln $
Cəmi–365,9 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — İyul 2019 · AgroHub