AgroHub

Aylıq informasiya bülleteni — İyun 2019

İyun 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2019-cu ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.6% təşkil edib (Şəkil 2).
  • 2019-cu ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • İyul ayının 1-nə kimi 421.6 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2019-cu ilin yanvar-iyun aylarında 411.8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27.9 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Digər heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası, diri heyvanlar və ipək xammalının dəyəri daxildir.
  • Cari ilin iyun ayında almanın “Simerenko”, armudun “Konfrans” sortlarının, Lənkəran limonunun, çiyələyin (Cəlilabad), xiyarın “Tikanlı” və “Melit” sortlarının, kartofun, soğanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin iyun ayında almanın “Simerenko” sortunun, çiyələyin, alçanın, qarpızın (Sabirabad), kartofun (Tovuz), soğanın (Ağdam sarı), lobyanın, badımcanın, çuğundurun, yerkökünün və göyərtinin topdansatış qiyməti ötən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyun

Məhsul2018
Kartof66,5 min t29,6 mln $
Tərəvəz158,9 min t150,6 mln $
Meyvə74,3 min t96,5 mln $
Tütün xammalı1 600 t5,0 mln $
Gön-dəri2 700 t7,0 mln $
məhsulları–3,6 mln $
Cəmi–321,9 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — İyun 2019 · AgroHub