AgroHub

Aylıq informasiya bülleteni — May 2019

May 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2019-cu ilin yanvar-may aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.7% təşkil edib (Şəkil 2).
  • 2019-cu ilin yanvar-may aylarında yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • İyun ayının 1-nə kimi 412.7 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2019-cu ilin yanvar-may aylarında 325.9 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 41.1 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin may ayında almanın “Palmet”, armudun “Meşə gözəli” sortlarının, Lənkəran limonunun və Bərdə soğanının topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin may ayında kartofun (Cəlilabad), yerkökünün (Tovuz), almanın “Qolden delişes” sortunun topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, əksər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–may

Məhsul20192018
Kartof––44,39 mln t19,8 mln $
Tərəvəz––101,25 mln t104,2 mln $
Meyvə––55,66 mln t65,8 mln $
Tütün xammalı––1,45 mln t4,6 mln $
Gön-dəri––2,47 mln t6,4 mln $
Xam ipək11,0 min t400,0 min $0,0 t0,0 min $
məhsulları–––3,3 mln $
Cəmi–––230,9 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — May 2019 · AgroHub