AgroHub

Aylıq informasiya bülleteni — Aprel 2019

Aprel 2019Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2019-cu ilin yanvar-aprel aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.1% təşkil edib (Şəkil 2).
  • 2019-cu ilin yanvar-aprel aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • May ayının 1-nə kimi 303.9 min hektar sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2019-cu ilin yanvar-aprel aylarında 204 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 54.3% artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin aprel ayında kartofun (Gədəbəy, Rusiya), yerkökünün (Bərdə), almanın “Palmet” və “Simerenko”, armudun “Meşə gözəli”, üzümün “Ağadayı” sortlarının, mandarinin, narın və limonun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin aprel ayında kartofun (Gədəbəy, Cəlilabad, Şəmkir və Pakistan), bibərin (İran və Türkiyə), kələmin (Ağdaş), yerkökünün (yerli), almanın “Palmet” və “Simerenko” sortlarının topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, əksər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–aprel

Məhsul20192018
Kartof––7,73 mln t3,4 mln $
Tərəvəz––50,82 mln t50,5 mln $
Meyvə––53,47 mln t60,5 mln $
Tütün xammalı––1,18 mln t3,9 mln $
Gön-dəri––1,68 mln t4,3 mln $
Xam ipək17,4 min t500,0 min $0,0 t0,0 min $
məhsulları–––3,1 mln $
Cəmi–––143,0 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Aprel 2019 · AgroHub