Aylıq informasiya bülleteni — Mart 2019
Əsas faktlar
- 2019-cu ilin yanvar-mart aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.8% təşkil edib (Şəkil 2).
- 2019-cu ilin yanvar-mart aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Aprel ayının 1-nə kimi 126,4 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2019-cu ilin yanvar-mart aylarında 151,8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 46% artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası və diri heyvanların dəyəri daxildir.
- Cari ilin mart ayında kələm (Bərdə), balqabaq (Sabirabad), pomidor (Bakı), kartof (Gədəbəy, Rusiya), soğan (Ağdam), sarımsaq (Ağsu), almanın “Simerenko” və “Palmet” sortu, armud, portağal və limonun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin mart ayında kələm, yerkökü (Bərdə), soğan (Ağdam), çuğundur (Bərdə) və kartofun (İran) topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, əksər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–mart
| Məhsul | 2019 | 2018 | ||
|---|---|---|---|---|
| Kartof | – | – | 1,34 mln t | 586,1 mln $ |
| Tərəvəz | – | – | 26,34 mln t | 27,57 mlrd $ |
| Meyvə | – | – | 49,22 mln t | 52,56 mlrd $ |
| Arpa | – | – | – | – |
| Tütün xammalı | – | – | 1,09 mln t | 3,62 mlrd $ |
| Gön-dəri | – | – | 1,27 mln t | 3,45 mlrd $ |
| Xam ipək | 4 000 t | 165,0 mln $ | – | – |
| məhsulları | – | – | – | 2,60 mlrd $ |
| Cəmi | – | – | – | 103,92 mlrd $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.