Aylıq informasiya bülleteni — Fevral 2019
Əsas faktlar
- 2019-cu ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.2% təşkil edib (Şəkil 2).
- 2019-cu ilin yanvar-fevral aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Mart ayının 1-nə kimi 68,5 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 44,2 faiz çox sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2019-cu ilin yanvar-fevral aylarında 110,0 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 48.7% artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, quş yumurtası və diri heyvanların dəyəri daxildir.
- Cari ilin fevral ayında kələm (Bərdə), balqabaq (Sabirabad), pomidor (Zirə, Bakı), almanın “Simerenko” sortu, armud, heyva, mandarin, portağal və kivinin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin fevral ayında kələm, kartof (İran), almanın “Simerenko” sortu, heyva, mandarin, portağal (Türkiyə) və qozun topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, əksər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–fevral
| Məhsul | 2019 | 2018 | ||
|---|---|---|---|---|
| Kartof | – | – | 359,4 min t | 154,2 mln $ |
| Tərəvəz | – | – | 15,92 mln t | 17,07 mlrd $ |
| Meyvə | – | – | 40,99 mln t | 41,20 mlrd $ |
| Arpa | – | – | – | – |
| Tütün xammalı | – | – | 894,6 min t | 3,14 mlrd $ |
| Xam ipək | 4 000 t | 165,0 mln $ | – | – |
| məhsulları | – | – | – | 1,45 mlrd $ |
| Cəmi | – | – | – | 73,95 mlrd $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.