Aylıq informasiya bülleteni — Dekabr 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.9 faiz təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar-dekabr aylarında taxıl (qarğıdalı ilə), günəbaxan və barama istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2020-ci ilin yanvar-dekabr aylarında 762.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 0.3 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin dekabr ayında heyvanın, üzümün (“Mahmudu”), armudun (“Meşəgözəli”), əzgilin, narın, naringinin, portağalın, kartofun (“Gədəbəy”), xiyarın (“Melit”), sarımsağın, soğanın, balqabağın və çuğundurun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin dekabr ayında narın, armudun, almanın, portağalın, xurmanın, xiyarın, noxudun, soğanın və sarımsağın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- 2020-ci ilin yanvar-dekabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 7259 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–dekabr
| Məhsul | 2020 | 2019 | ||
|---|---|---|---|---|
| Kartof | 81,4 min t | 33,8 mln $ | 61,8 min t | 26,9 mln $ |
| Tərəvəz | – | – | 287,9 min t | 243,2 mln $ |
| Meyvə | – | – | 340,6 min t | 362,6 mln $ |
| Arpa | – | – | 16,1 min t | 2,7 mln $ |
| Tütün xammalı | – | – | 6 400 t | 13,4 mln $ |
| Pambıq mahlıcı | – | – | 86,2 min t | 122,4 mln $ |
| Gön-dəri | – | – | 8 000 t | 11,6 mln $ |
| məhsulları | – | – | – | 4,4 mln $ |
| Cəmi | – | – | – | 760,3 mln $ |
| Pomidor | 187,7 min t | 201,5 mln $ | 174,5 min t | 189,3 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.