Aylıq informasiya bülleteni — Noyabr 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 7.2 faiz təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar-noyabr aylarında taxıl (qarğıdalı ilə) və günəbaxan istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2020-ci ilin yanvar-noyabr aylarında 681.0 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 0.3 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin noyabr ayında xurmanın, kələmin, çuğundurun topdansatış qiyməti aşağı olub və ya sabit qalıb, digər məhsulların qiyməti isə yüksək olub (Cədvəl 3).
- Cari ilin noyabr ayında narın, almanın, korolyokun, xurmanın, soğanın, pomidorun, badımcanın, sarımsağın və yerkökünün topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 4).
- 2020-ci ilin yanvar-noyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5060 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–noyabr
| Məhsul | 2019 | |
|---|---|---|
| Kartof | 61,7 min t | 26,8 mln $ |
| Tərəvəz | 265,9 min t | 218,1 mln $ |
| Meyvə | 297,3 min t | 323,9 mln $ |
| Arpa | 16,1 min t | 2,7 mln $ |
| Tütün xammalı | 5 800 t | 12,1 mln $ |
| Pambıq mahlıcı | 75,6 min t | 107,4 mln $ |
| Gön-dəri | 7 300 t | 10,6 mln $ |
| məhsulları | – | 4,2 mln $ |
| Cəmi | – | 678,9 mln $ |
| Pomidor | 155,4 min t | 166,7 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.