AgroHub

Aylıq informasiya bülleteni — Oktyabr 2020

Oktyabr 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2020-ci ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 7.5 faiz təşkil edib (Şəkil 2).
  • 2020-ci ilin yanvar-oktyabr aylarında taxıl (qarğıdalı ilə), pambıq, barama, günəbaxan və yaşıl çay yarpağı istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2020-ci ilin yanvar-oktyabr aylarında 580.8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 1.4 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin oktyabr ayında üzümün (“Kardinal”), armudun (“Düşes”), xiyarın, lobyanın və soğanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin oktyabr ayında narın (“Kürdəmir”), armudun, xurmanın, soğanın, çuğundurun, sarımsağın, yerkökünün topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • 2020-ci ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4785 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–oktyabr

Məhsul2019
Kartof61,7 min t26,8 mln $
Tərəvəz245,8 min t195,5 mln $
Meyvə221,4 min t260,0 mln $
Arpa16,1 min t2,7 mln $
Tütün xammalı5 300 t10,9 mln $
Pambıq mahlıcı63,1 min t90,5 mln $
Gön-dəri6 400 t9,3 mln $
məhsulları–2,0 mln $
Cəmi–572,9 mln $
Pomidor139,6 min t147,6 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Oktyabr 2020 · AgroHub