Aylıq informasiya bülleteni — Sentyabr 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 7.6 faiz təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar-sentyabr aylarında taxıl (qarğıdalı ilə), pambıq, barama və günəbaxan istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2020-ci ilin yanvar-sentyabr aylarında 501.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 0.2 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin sentyabr ayında göyəmin, üzümün, gavalının, moruğun, zoğalın, şaftalının, pomidorun və badımcanın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin sentyabr ayında şaftalının (Fədai), korolyokun, narın, heyvanın, mandarinin, fındığın, soğanın və sarımsağın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4178 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–sentyabr
| Məhsul | 2019 | |
|---|---|---|
| Kartof | 61,7 min t | 26,8 mln $ |
| Tərəvəz | 236,5 min t | 187,3 mln $ |
| Meyvə | 153,7 min t | 202,6 mln $ |
| Arpa | 16,1 min t | 2,7 mln $ |
| Tütün xammalı | 4 700 t | 9,8 mln $ |
| Pambıq mahlıcı | 59,3 min t | 85,5 mln $ |
| Gön-dəri | 5 700 t | 8,5 mln $ |
| məhsulları | – | 3,8 mln $ |
| Cəmi | – | 500,2 mln $ |
| Pomidor | 134,1 min t | 142,3 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.