Aylıq informasiya bülleteni — İyul 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar-iyul aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 7.1 faiz təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar-iyul aylarında taxıl (qarğıdalı ilə), günəbaxan və barama istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2020-ci ilin yanvar-iyul aylarında 443.0 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 1.0 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin iyul ayında əriyin, gilasın, xiyarın (“Melit”, “Yelpənək”), lobyanın və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
- Cari ilin iyul ayında xiyarın (“Melit”, “Yelpənək”), yerkökünün, lobyanın və sarımsağın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- 2020-ci ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 2955 kənd təsərrüfatı texnikası 1340 hüquqi və fiziki şəxsə satılıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyul
| Məhsul | 2020 | 2019 | ||
|---|---|---|---|---|
| Kartof | – | – | 61,6 min t | 26,8 mln $ |
| Tərəvəz | – | – | 170,6 min t | 158,0 mln $ |
| Meyvə | – | – | 113,0 min t | 160,5 mln $ |
| Arpa | 0,0 t | 0,0 min $ | 16,1 min t | 2,7 mln $ |
| Tütün xammalı | – | – | 3 400 t | 7,4 mln $ |
| Pambıq mahlıcı | – | – | 56,9 min t | 82,2 mln $ |
| Gön-dəri | – | – | 4 100 t | 6,6 mln $ |
| məhsulları | – | – | – | 3,1 mln $ |
| Cəmi | – | – | – | 447,3 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.