Aylıq informasiya bülleteni — İyun 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 7.0 faiz təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar-iyun aylarında taxıl (qarğıdalı ilə) və barama istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2020-ci ilin iyul ayının 1-nə kimi 393.8 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.6 faiz az sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2020-ci ilin yanvar-iyun aylarında 397.7 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 3.2 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin iyun ayında almanın, əriyin, çiyələyin, pomidorun (Zirə), kələmin və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin iyun ayında almanın, xiyarın (“Patron”), pomidorun, badımcanın, çuğundurun, sarımsağın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyun
| Məhsul | 2019 | |
|---|---|---|
| Kartof | 61,6 min t | 26,8 mln $ |
| Tərəvəz | 165,9 min t | 154,4 mln $ |
| Meyvə | 97,6 min t | 137,2 mln $ |
| Tütün xammalı | 2 900 t | 6,4 mln $ |
| Gön-dəri | 3 500 t | 5,7 mln $ |
| məhsulları | – | 2,9 mln $ |
| Cəmi | – | 411,0 mln $ |
| Arpa | 16,1 min t | 2,7 mln $ |
| Pambıq mahlıcı | 51,5 min t | 74,9 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.