AgroHub

Aylıq informasiya bülleteni — May 2020

May 2020Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2020-ci ilin yanvar-may aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 4.8 faiz təşkil edib (Şəkil 2).
  • 2020-ci ilin yanvar-may aylarında taxıl istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb.
  • O cümlədən, barama istehsalı 9.7 dəfə, meyvə və giləmeyvə istehsalı 25 faiz, yaşıl çay yarpağı istehsalı 22 faiz artıb (Cədvəl 1).
  • 2020-ci ilin iyun ayının 1-nə kimi 386.2 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.4 faiz az sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2020-ci ilin yanvar-may aylarında 294 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 9.6 faiz azalıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin may ayında almanın, yaşıl bibərin və çuğundurun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–may

Məhsul20202019
Kartof––52,5 min t22,7 mln $
Tərəvəz––123,0 min t118,3 mln $
Meyvə––76,2 min t100,0 mln $
Tütün xammalı––2 500 t5,8 mln $
Gön-dəri––3 000 t5,0 mln $
məhsulları–––2,7 mln $
Cəmi–––325,3 mln $
Arpa––16,1 min t2,7 mln $
Pambıq mahlıcı––46,9 min t68,1 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — May 2020 · AgroHub