Aylıq informasiya bülleteni — Mart 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.2% təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar-mart aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2020-ci ilin aprel ayının 1-nə kimi 115.9 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 8.3 faiz az sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2020-ci ilin yanvar-mart aylarında 162.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 7 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin mart ayında almanın (“Palmet”), üzümün, mandarinin, limonun, kartofun, soğanın, gül kələmin, yerkökünün, çuğundurun, sarımsağın və balqabağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin mart ayında almanın (“Qala”, “Palmet”), armudun, narın, mandarinin, gül kələmin, yerkökünün, çuğundurun və sarımsağın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–mart
| Məhsul | 2019 | |
|---|---|---|
| Kartof | 1 000 t | 400,0 min $ |
| Tərəvəz | 35,9 min t | 31,8 mln $ |
| Meyvə | 61,9 min t | 71,2 mln $ |
| Arpa | 15,3 min t | 2,6 mln $ |
| Tütün xammalı | 1 500 t | 3,5 mln $ |
| Gön-dəri | 1 600 t | 3,1 mln $ |
| məhsulları | – | 1,6 mln $ |
| Cəmi | – | 151,6 mln $ |
| Pambıq mahlıcı | 25,6 min t | 37,4 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.