Aylıq informasiya bülleteni — Fevral 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar-fevral aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.9% təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar-fevral aylarında bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2020-ci ilin mart ayının 1-nə kimi 57.3 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 16.4 faiz az sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2020-ci ilin yanvar-fevral aylarında 108.8 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 1.1 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin fevral ayında almanın (“Simerenko”, “Palmet”), üzümün, narın, mandarinin, portağalın, qozun, fındığın, soğanın (qırmızı), kartofun, pomidorun, xiyarın, kələmin, sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin fevral ayında almanın, armudun, narın, mandarinin, portağalın, qozun, fındığın, soğanın, sarımsağın, pomidorun, kələmin, çuğundurun və balqabağın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–fevral
| Məhsul | 2020 | 2019 | ||
|---|---|---|---|---|
| Kartof | – | – | 300 t | 100,0 min $ |
| Tərəvəz | – | – | 26,8 min t | 22,2 mln $ |
| Meyvə | – | – | 52,2 min t | 53,7 mln $ |
| Arpa | 0,0 t | 0,0 min $ | 12,9 min t | 2,1 mln $ |
| Tütün xammalı | – | – | 1 100 t | 2,5 mln $ |
| məhsulları | – | – | – | 1,1 mln $ |
| Cəmi | – | – | – | 109,9 mln $ |
| Pambıq mahlıcı | – | – | 17,8 min t | 25,9 mln $ |
| Gön-dəri | – | – | 1 100 t | 2,3 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.