Aylıq informasiya bülleteni — Yanvar 2020
Əsas faktlar
- 2020-ci ilin yanvar ayında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 2.9% təşkil edib (Şəkil 2).
- 2020-ci ilin yanvar ayında kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- Fevral ayının 1-nə kimi 1010.6 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sahədə dən üçün payızlıq bitkilər əkilib (Cədvəl 2).
- 2020-ci ilin yanvar ayında 54.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 9.6 faiz azalıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin yanvar ayında almanın (“Simerenko”, “Palmet”), armudun (“Krasavitsa”, “Konfrans”), narın, heyvanın, mandarinin, korolyokun, xurmanın soğanın (Ağdam sarı və qırmızı), xiyarın, kələmin, sarımsağın, pomidorun (“Çəhrayı” və Şəmkir) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin yanvar ayında almanın, armudun, narın, korolyokun, mandarinin, portağalın, xurmanın, sarımsağın, pomidorun (“Çəhrayı”), kələmin, gül kələmin, yerkökünün və balqabağın topdansatış qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–yanvar
| Məhsul | 2020 | 2019 | ||
|---|---|---|---|---|
| Kartof | – | – | 67,0 min t | 28,2 mln $ |
| Tərəvəz | – | – | 15,64 mln t | 12,73 mlrd $ |
| Meyvə | – | – | 31,76 mln t | 30,68 mlrd $ |
| Arpa | – | – | 6,55 mln t | 1,11 mlrd $ |
| Tütün xammalı | – | – | 675,1 min t | 1,79 mlrd $ |
| Pambıq mahlıcı | – | – | 8,25 mln t | 11,93 mlrd $ |
| məhsulları | – | – | – | 637,4 mln $ |
| Cəmi | – | – | – | 60,01 mlrd $ |
| Gön-dəri | – | – | 481,1 min t | 1,11 mlrd $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.