Aylıq informasiya bülleteni — Dekabr 2021
Əsas faktlar
- 2021-ci ilin yanvar-dekabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 5.9 faiz təşkil edib (Şəkil 2).
- 2021-ci ilin yanvar-dekabr aylarında yumurta, dən üçün qarğıdalı, pambıq, şəkər çuğunduru və tütün istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2021-ci il dekabr ayının 24-nə kimi 1022.0 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər əkilib (Cədvəl 2).
- 2021-ci ilin yanvar-dekabr aylarında 877.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 15.1 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin dekabr ayında heyvanın, naringinin, feyxoanın, pomidorun, xiyarın, yerkökünün və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə sabit qalıb (Cədvəl 4).
- Cari ilin dekabr ayında naringinin, heyvanın, kartofun, kələmin, gül kələmin, pomidorun, yerkökünün, çuğundurun və sarımsağın qiyməti keçən ilin müvafiq ayına nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–dekabr
| Məhsul | 2021 | 2020 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 300,7 min t | 254,4 mln $ |
| Meyvə | – | – | 305,8 min t | 353,1 mln $ |
| Arpa | – | – | – | – |
| Tütün xammalı | 5 200 t | 14,0 mln $ | 4 800 t | 11,9 mln $ |
| Pambıq mahlıcı | – | – | 97,6 min t | 131,9 mln $ |
| Gön-dəri | – | – | 5 800 t | 8,3 mln $ |
| məhsulları | – | 5,7 mln $ | – | 2,5 mln $ |
| Cəmi | – | – | – | 762,1 mln $ |
| kartof | – | – | 81,4 min t | 33,8 mln $ |
| pomidor | – | – | 187,5 min t | 201,3 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.