Aylıq informasiya bülleteni — Noyabr 2021
Əsas faktlar
- 2021-ci ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.4 faiz təşkil edib (Şəkil 2).
- 2021-ci ilin yanvar-noyabr aylarında yumurta, sair dənlilər, dən üçün qarğıdalı, pambıq, şəkər çuğunduru və tütün istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2021-ci il dekabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 1024.1 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 2.4 faiz çox sahə şumlanıb (Cədvəl 2).
- 2021-ci ilin yanvar-noyabr aylarında 769.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 13 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin noyabr ayında kartofun (“Tovuz”), soğanın (“Ağdam, sarı”), xiyarın (“Tikanlı”) topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin noyabr ayında naringinin, feyxoanın, şabalıdın, kartofun, kələmin, gül kələmin, soğanın (“Ağdam, sarı”), xiyarın, çuğundurun və yaşıl bibərin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–noyabr
| Məhsul | 2021 | 2020 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 287,6 min t | 241,8 mln $ |
| Kartof | 91,9 min t | 39,9 mln $ | 81,3 min t | 33,8 mln $ |
| Pomidor | 129,6 min t | 140,6 mln $ | 176,0 min t | 190,4 mln $ |
| Meyvə | – | – | 263,0 min t | 307,7 mln $ |
| Arpa | – | – | – | – |
| Tütün xammalı | 4 200 t | 10,8 mln $ | 4 400 t | 10,8 mln $ |
| Pambıq mahlıcı | – | – | 81,9 min t | 110,6 mln $ |
| Gön-dəri | – | – | 5 500 t | 7,7 mln $ |
| məhsulları | – | 4,4 mln $ | – | 2,2 mln $ |
| Cəmi | – | – | – | 680,9 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.