Aylıq informasiya bülleteni — Oktyabr 2021
Əsas faktlar
- 2021-ci ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.7 faiz təşkil edib (Şəkil 2).
- 2021-ci ilin yanvar-oktyabr aylarında yumurta, pambıq və şəkər çuğunduru istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2021-ci il noyabr ayının 1-nə kimi təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 819.7 min hektar və ya ötən ilin müvafiq dövrünə nisbətdə 1.7 faiz çox sahə şumlanıb (Cədvəl 2).
- 2021-ci ilin yanvar-oktyabr aylarında 652.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12.4 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin oktyabr ayında kartofun (Gədəbəy), soğanın, kələmin, xiyarın (“Tikanlı”), bibərin və gül kələmin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin oktyabr ayında narın (Ağsu), üzümün (“Ağadayı”), naringinin, feyxoanın, şabalıdın, kartofun, kələmin, pomidorun (“Çəhrayı”, Göyçay), gül kələmin, xiyarın, sarımsağın və bibərin qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–oktyabr
| Məhsul | 2021 | 2020 | ||
|---|---|---|---|---|
| Tərəvəz | – | – | 269,7 min t | 221,9 mln $ |
| Kartof | 91,8 min t | 39,9 mln $ | 81,3 min t | 33,8 mln $ |
| Pomidor | 120,3 min t | 129,7 mln $ | 160,3 min t | 173,0 mln $ |
| Meyvə | – | – | 193,7 min t | 245,4 mln $ |
| Arpa | – | – | – | – |
| Tütün xammalı | 3 400 t | 8,6 mln $ | 3 900 t | 9,7 mln $ |
| Pambıq mahlıcı | – | – | 70,3 min t | 94,6 mln $ |
| Gön-dəri | – | – | 5 300 t | 7,2 mln $ |
| məhsulları | – | 3,9 mln $ | – | 2,0 mln $ |
| Cəmi | – | – | – | 580,8 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.