AgroHub

Aylıq informasiya bülleteni — Avqust 2021

Avqust 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2021-ci ilin yanvar-avqust aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.5 faiz təşkil edib (Şəkil 2).
  • 2021-ci ilin yanvar-avqust aylarında yumurta və günəbaxan istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2021-ci ilin yanvar-avqust aylarında 526.7 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 12.7 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin avqust ayında şaftalının, fındığın, gavalının, kartofun, kələmin, badımcanın, pomidorun, lobyanın, sarımsağın və bibərin topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin avqust ayında üzümün, kartofun, xiyarın, kələmin, badımcanın, pomidorun (“Zirə”), yerkökünün və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 4).
  • 2021-ci ilin yanvar-avqust ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 4621 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–avqust

Məhsul20212020
Kartof91,8 min t39,9 mln $81,3 min t33,8 mln $
Tərəvəz––261,7 min t213,9 mln $
Meyvə––111,3 min t162,4 mln $
Arpa––––
Tütün xammalı1 900 t4,6 mln $2 900 t6,9 mln $
Pambıq mahlıcı––55,9 min t76,6 mln $
Gön-dəri––4 700 t6,0 mln $
məhsulları–2,7 mln $–1,6 mln $
Cəmi–––467,3 mln $
Pomidor119,1 min t128,2 mln $154,1 min t167,0 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Avqust 2021 · AgroHub