AgroHub

Aylıq informasiya bülleteni — İyul 2021

İyul 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2021-ci ilin yanvar-iyul aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.5 faiz təşkil edib (Şəkil 2).
  • 2021-ci ilin yanvar-iyul aylarında yumurta istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2021-ci ilin yanvar-iyul aylarında 485.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 9.6 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 2-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin iyul ayında almanın, gilasın (“Krım”), gilənarın, əriyin, şaftalının, alçanın, çiyələyin, kələmin, soğanın (Bərdə), xiyarın (“Yelpənək”), pomidorun, lobyanın və sarımsağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 3).
  • Cari ilin iyul ayında əriyin, çiyələyin, kartofun, xiyarın, soğanın, kələmin və yerkökünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 4).
  • 2021-ci ilin yanvar-iyul ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 3753 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyul

Məhsul20212020
Kartof91,8 min t39,9 mln $81,3 min t33,8 mln $
Tərəvəz––260,2 min t213,1 mln $
Meyvə––93,4 min t146,5 mln $
Tütün xammalı1 400 t3,4 mln $2 500 t5,8 mln $
Pambıq mahlıcı––51,2 min t70,6 mln $
Gön-dəri––4 600 t5,8 mln $
məhsulları–1,8 mln $–1,1 mln $
Cəmi–––443,0 mln $
Pomidor119,0 min t128,2 mln $153,5 min t166,5 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — İyul 2021 · AgroHub