AgroHub

Aylıq informasiya bülleteni — İyun 2021

İyun 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2021-ci ilin yanvar-iyun aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6.4 faiz təşkil edib (Şəkil 2).
  • 2021-ci ilin yanvar-iyun aylarında yumurta istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2021-ci il yanvar-iyun aylarında 393.1 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.2 faiz az sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2021-ci ilin yanvar-iyun aylarında 439.2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 10.5 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin iyun ayında əriyin, alçanın, çiyələyin, kartofun (Cəlilabad - təzə), kələmin, yerkökünün və xiyarın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin iyun ayında əriyin, gilasın (“Romanovka”), kartofun, xiyarın (“Melit”), yaşıl bibərin, kələmin və yerkökünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–iyun

Məhsul20212020
Kartof91,7 min t39,8 mln $81,3 min t33,7 mln $
Tərəvəz––252,7 min t208,4 mln $
Meyvə––74,6 min t119,6 mln $
Arpa2 800 t500,0 min $––
Tütün xammalı1 100 t2,8 mln $2 200 t5,0 mln $
Pambıq mahlıcı––42,1 min t58,6 mln $
Gön-dəri––4 000 t5,1 mln $
məhsulları–1,6 mln $–900,0 min $
Cəmi–––397,6 mln $
Pomidor113,9 min t123,6 mln $148,8 min t162,3 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — İyun 2021 · AgroHub