AgroHub

Aylıq informasiya bülleteni — May 2021

May 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2021-ci ilin yanvar-may aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 4.2 faiz təşkil edib (Şəkil 2).
  • 2021-ci ilin yanvar-may aylarında yumurta, barama və kartof istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2021-ci il yanvar-may aylarında 387.5 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz çox sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2021-ci ilin yanvar-may aylarında 323.1 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 9.9 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin may ayında balqabağın topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin may ayında çiyələyin, kartofun, kələmin, pomidorun, sarımsağın və yerkökünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–may

Məhsul20212020
Kartof50,0 min t21,4 mln $56,5 min t23,2 mln $
Tərəvəz––175,9 min t156,1 mln $
Meyvə––50,8 min t80,4 mln $
Tütün xammalı800 t1,8 mln $1 900 t4,4 mln $
Pambıq mahlıcı––34,4 min t48,6 mln $
Gön-dəri––3 100 t3,7 mln $
məhsulları–1,3 mln $–700,0 min $
Cəmi–––294,0 mln $
Pomidor76,0 min t87,0 mln $104,9 min t123,1 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — May 2021 · AgroHub