AgroHub

Aylıq informasiya bülleteni — Aprel 2021

Aprel 2021Aqrar Tədqiqatlar Mərkəzi (KTN)Orijinal sənəd (PDF) ↗

Əsas faktlar

  • 2021-ci ilin yanvar-aprel aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.4 faiz təşkil edib (Şəkil 2).
  • 2021-ci ilin yanvar-aprel aylarında yumurta istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
  • 2021-ci il yanvar-aprel aylarında 310.1 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.9% çox sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
  • 2021-ci ilin yanvar-aprel aylarında 234.5 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
  • Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 13.7 faiz artıb (Şəkil 3).
  • Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
  • Cari ilin aprel ayında armudun (“Krasavitsa”, “Meşə gözəli”), limonun, kələmin, balqabağın və pomidorun topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
  • Cari ilin aprel ayında kartofun (təzə), pomidorun (“Bakı”), yerkökünün və lobyanın qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).

Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–aprel

Məhsul20212020
Kartof5 100 t2,2 mln $7 800 t3,3 mln $
Tərəvəz––74,2 min t83,6 mln $
Meyvə––47,7 min t70,3 mln $
Tütün xammalı600 t1,4 mln $1 700 t4,0 mln $
Pambıq mahlıcı––30,9 min t44,3 mln $
Gön-dəri––2 400 t3,4 mln $
məhsulları–1,0 mln $–500,0 min $
Cəmi–––206,2 mln $
Pomidor36,7 min t42,3 mln $59,0 min t73,3 mln $

Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.

Aylıq informasiya bülleteni — Aprel 2021 · AgroHub