Aylıq informasiya bülleteni — Mart 2021
Əsas faktlar
- 2021-ci ilin yanvar-mart aylarında kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 3.1 faiz təşkil edib (Şəkil 2).
- 2021-ci ilin yanvar-mart aylarında yumurta istisna olmaqla bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb (Cədvəl 1).
- 2021-ci il yanvar-mart aylarında 117.4 min hektar və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.3% çox sahədə yazlıq bitkilər əkilib (Cədvəl 2).
- 2021-ci ilin yanvar-mart aylarında 170.3 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
- Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 5.0 faiz artıb (Şəkil 3).
- Müqayisə olunan dövr üzrə əsas kənd təsərrüfatı məhsullarının ixrac göstəriciləri Cədvəl 3-də verilib. *Heyvandarlıq məhsullarına ət, süd və qaymaq, yun, təbii bal, yumurta, xam ipək və diri heyvanların dəyəri daxildir.
- Cari ilin mart ayında heyvanın, portağalın, kartofun (“Cəlilabad”), kələmin, pomidorun, soğanın, yerkökünün topdansatış qiyməti əvvəlki aya nisbətən artıb, digər məhsulların qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 4).
- Cari ilin mart ayında armudun, heyvanın, kartofun (təzə), çuğundurun, kələmin, pomidorun (“Çəhrayı”), yerkökünün qiyməti keçən ilin müvafiq dövrünə nisbətən yüksək olub, digər kənd təsərrüfatı məhsullarının qiyməti isə aşağı olub və ya sabit qalıb (Cədvəl 5).
Kənd təsərrüfatı məhsullarının ixracı · yanvar–mart
| Məhsul | 2021 | 2020 | ||
|---|---|---|---|---|
| Kartof | 2 300 t | 900,0 min $ | 1 400 t | 600,0 min $ |
| Tərəvəz | – | – | 39,7 min t | 50,4 mln $ |
| Meyvə | – | – | 44,8 min t | 62,9 mln $ |
| Arpa | – | – | – | – |
| Tütün xammalı | 400 t | 1,0 mln $ | 1 100 t | 2,7 mln $ |
| Pambıq mahlıcı | – | – | 29,7 min t | 42,8 mln $ |
| Gön-dəri | – | – | 2 100 t | 3,0 mln $ |
| məhsulları | – | 600,0 min $ | – | 400,0 min $ |
| Cəmi | – | – | – | 162,2 mln $ |
| Pomidor | 19,5 min t | 21,3 mln $ | 32,8 min t | 43,9 mln $ |
Rəqəmlər sənəddən avtomatik çıxarılıb; mübahisəli halda orijinal sənəd əsas götürülür.